Beyrutda partlayışda ölənlərin sayı 170-i ötdü

Beyrutda partlayışda ölənlərin sayı 170-i ötdü

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 171-ə yüksəlib.

Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, partlayış nəticəsində 30-40 nəfər itkin düşüb.

Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışda 5 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

Facebook