Beynəlxalq təşkilat “Turan”a təzyiqləri pisləyir

Nyu- Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətini ölkənin yeganə müstəqil informasiya agentliyi olan Turan-a təzyiqlərin dayandırılmasına və agentliyin normal fəaliyyəti üçün şəraitin yaradılmasına çağırır.

“Azərbaycan hökuməti dəfələrlə müstəqil və müxalifətyönlü medianı susdurmaq üçün siyasi motivli cinayət ittihamlarından silah kimi istifadə edib. Biz Azərbaycan hakimiyyətini Turan İnformasiya Agentliyinə qarşı siyasi motivli istintaqı dayandırmağa və müstəqil jurnalistləri “qanun pərdəsi” altında qorxutmağı dayandırmağa çağırırıq”, – JMK-nin Mərkəzi Asiya üzrə koordinatoru Nina Ognianova bildirib.