Beynəlxalq konfransda Azərbaycandakı repressiyalar pislənildi

Bir neçə ay əvvələ qədər ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi olmuş Dunya Miyatoviç Kiyevdə “Şərq Tərəfdaşlığı” ölkələrinin media konfransında çıxış edərkən Azərbaycandakı vəziyyətdən də danışıb.

Konfrans iştirakçılarına fundamental insan haqları, o cümlədən söz və ifadə azadlığı haqda birbaşa və açıq danışmağa çağırış edən Miyatoviç deyir ki, problemləri gizlətmək onların daha da artmasına gətirib çıxarır: “Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir. Niyə həmişə insan haqlarını xalça altına salmağa çalışırıq”.

Dunya Miyatoviç çıxışında Azərbaycanda medianın durumu haqda ayrıca danışıb: “Azərbaycanı yada salmasam olmaz? Niyə Xədicə İsmayılova kimi jurnalist ölkədən çıxa bilmir? Biz niyə onunla həmişə internet vasitəsilə əlaqə saxlayırıq? Niyə Mehman Hüseynov həbsdədir? Niyə onun qardaşı Emin Hüseynov  ölkəsinə qayıda bilmir. Mən başa düşürəm ki, diplomatiya anlayışı var, amma insanlar əzab çəkəndə diklomatik olmaq olmaz. Çünki bu vəziyyətdə biz demokratiyadan danışa bilmərik. Biz problemlər haqda daha açıq danışmalıyıq. Cəmiyyətlərin təhlükəsizliyi kimi bəhanələr buna mane olmamalıdır. Söz azadlığının pozulduğu ölkələrdə özünüsenzura güclənir. Siz özünüzə, yaxınlarınıza və dostlarınıza görə qorxursuz”.

Miyatoviç eyni zamanda bugünlərdə “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və istintaq dövrü üçün onun azadlığa buraxılması, eləcə də Qarabağa Ermənistandan səfər edərək, Azərbaycan sərhədini qanunsuz keçməkdə, ölkə çağırışlarda təqsirləndirilib həbs olunan blogger Aleksandr Lapşinin prezident İlham Əliyev tərəfindən əfv olunmasını “yaxşı xəbər” və “irəliyə doğru addım” adlandırıb.

azadliq.info