Beynəlxalq jurnalist qrupu Əliyevlərin Malta korrupsiyasını ifşa etməyə başladı

Dünyanın 17 kütləvi informasiya vasitəsi Azərbaycan rejiminin Avropadakı maliyyəcinayətlərinin təhqiqatı iləbağlı şok faktlar yaymağa başladı…

(Yazı Fransanın Le Monde qəzetindən götürülüb)

Cəmi bir neçə həftə əvvəl internetdə aktiv olan fotolar, videoçarxlar, gerçək həyəcanları göstərirdi.  Four Seasons Florence otelinin dəbdəbəli baxçaları göz oxşayırdı. Atəşfəşanlıq, İntibah dövrünün heykəlləri fonunda İranlı «qızıl oğlan»ın toy mərasimi keçirilirdi. İl 2015, ay iyun.

35 yaşlı Əli Sədr Haşeminejad özünün əzəmətli qonaqları arasında xoşbəxt bir təbəssümlə parlayır. Onun qonaqları arasında Maltanın baş naziri Jozef Muskat şəxsən, üstəlik də bir nömrəli məsləhətçisi və qərargah rəisi Keyt Şembri ilə birlikdə xüsusi yer tutur. Bu ölkə gənc Əli Sədr üçün özəl məna ilə fərqlənir, çünki 2013- cü ilin sonlarından başlayaraq, o bu kiçik Avropa ölkəsində, yəni Maltada xudmani bir bank yaradıb, bu bankın adı “Pilatus Bank”dır. Gənc bankir bilir ki, Amerikanın Federal Təhqiqatlar Bürosu onu qarabaqara təqib edir. Amma Malta hökuməti də bütün dəstəyi ilə sanki ehyam edir ki, qorxma, arxayındayıq və kimsə sənə heç bir şey edə bilməz: ona öz fəaliyyətini Avropa Birliyi ərazisində genişləndirmək üçün lisenziya da verirlər. Üstündən 3 il keçəndən sonra, indilərdə Əli Sədr mart ayının 19-dan bəri saxlanıldığı Amerikadakı həbsxana kamerasında həmin dəbdəbəli toy gününü, əlbəttə, yaxşı xatırlayır… Bu xatirələrə baxmayaraq, Amerikanın İrana qarşı sanksiyalarını aşkar şəkildə pozan bu gənc bankiri 125 illik həbs cəzası gözləyir. Onun Maltadakı bankının aktivləri üzərinə həbs qoyulub. Facebook və İnstagram səhifələrində yerləşdirilmiş toy şəkillərindəki qonaqlar da indi haralardasa, uzaqlarda görünürlər…

«Qızıl oğlan»ın bu faciəli çöküşünün əsas səbəbkarı isə, əlbəttə, ötən ilin oktyabr ayının 16-da öz avtomobilində terror yolu ilə məhv edilən Maltalı jurnalist Dafne Qaliziyanın araşdırmaları ilə başlamışdı. Maltalı xanım jurnalist bu bankla Malta hökumət arasında, eləcə də Azərbaycan prezidentinin qohumları arasında əlaqələri aşkara çıxarmışdı. Dafne şübhələnmişdi ki, Pilatus Bank çirkli pulların yuyulması da daxil olmaqla, bir çox şübhəli əməliyyatları həyata keçirməklə məşğuldur. Əli Sədr isə o həddə qədər «yüksəldi» ki, onu Maltada yox, Amerika Birləşmiş Ştatlarında həbs edilməklə mükafatlandırdılar.

Le Monde və başqa 17 KİV «Dafne layihəsini»ni davam etdirməyə qərar verdilər. Maltada və Avropanın başqa ölkələrində, eləcə də Amerika Birləşmiş Ştatlarında 5 aylıq birgə fəaliyyətin nəticəsində belə qənaətə gəldik ki, “Pilatus Bank” Maltada fəaliyyət göstərən bir Azərbaycan bankıdır.

Bu Malta bankı Azərbaycanın iki qüdrətli ailəsinin maliyyə əməliyyatlarının platsdarmı kimi istifadə edilib. Onlardan biri lap bu yaxınlarda 86 faizlik səslə dördüncü dəfə prezident seçilən İham Əliyevin, o birisi isə Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailəsidir ki, “Pilatus Bank” da bu ailələrə aid olan pulların Avropaya, həm də Maltada qeydə alınmış şirkətlər vasitəsilə investisiya kimi istiqamətləndirilməsi üzrə «ixtisaslaşdırılıb». Bu şirkətlərin hamısının “Pilatus Bank”da hesabları var və onlar Avropa ərazisində otellər, restoranlar, başqa obyektlər əldə ediblər.

Beləliklə, Əli Sədr Haşeminejadın çöküş tarixçəsi İrandan başlayaraq, Malta üzərindən Venesuelaya qədər davam edir. Bu gənc biznesmen isə dünyanın ən qüdrətli maliyyə nəhəngləri ilə bir sırada dayanmağı, onlarla birgə layihələr üzərində işləməyi xəyal edirdi. Maraqlıdır ki, bu hekayətin Fransada da uzantıları var. Onlar burada, Fransada hələ 2015- ci ildən başlayaraq bankrot olmuş şirkətləri də almaqla çirkli pulların ağardılması ilə məşğul olurlarmış…

Bu hekayətin əvvəlinə baş vurmaq üçün biz mütləq Dafne Qaliziyaya istinad etməliyik. Xanım jurnalist “Pilatus Bank” haqqında ilk dəfə 2016- cı ildə yazmağa başlayıb. O zaman bu tarixçədə baş nazir Muskatın «sağ əli» olan cənab Şembrinin adı keçir. Bu il isə Maltada çirkli pulların yayılması ilə mübarizə agentliyi “Pilatus”da araşdırmalara başladı. Agentlik üzə çıxarıb ki, “Pilatus Bank”da prezident İlham Əliyevin qızı Leyla Əliyeva və Kəmaləddin Heydərovun övladları başda olmaqla, 50 nəfərə qədər azərbaycanlı siyasilərə aid hesablar var.

Məhz, 2017- ci ildə Dafne Qaliziya bankın sabiq rusiyalı əməkdaşı Mariya Yefimova ilə görüşəndən sonra “Pilatus Bank”a hücumu davam etdirir. M.Yefimova iddia edirdi ki, bankın saxlancında baş nazir Jozef Muskatın həyat yoldaşının Azərbaycan prezidentinin qızı Leyla Əliyevadan bir milyon avro aldığını sübut edən sənədləri öz gözləri ilə görüb. Yəni, əməliyyat “Pilatus Bank” üzərindən aparılıb. Bu açıqlamanın elan edildiyi gün, aprelin 20-də yerli televiziyalar Əli Sədr Haşeminejatı əlində böyük bir baqajla bankdan çıxdığı zaman yaxalamışdılar. Baş nazir isə əlbəttə, bu əməliyyatların olduğunu qətiyyətlə inkar edirdi. O, tələm-tələsik növbədənkənar seçkilər təyin etdi və həmin seçkiləri də qazandı.

O zamanlar bu «yasaq tarixlər»in təhqiqatı Muskatın ailəsi ilə bağlı bank köçürmələri barədə gerçəyi üzə çıxara bilmədi. Amma biz bu müddət ərzində apardığımız araşdırmalar zamanı hər iki ailəyə (Muskat və Əliyev) aid olan çoxlu sayda maliyyə əməliyyatlarının üstünü aça bildik.

Kimberley Holdings, Argyle Holdings, Heritage Asset Holdings … Bunlar Əliyev və Heydərov ailələrinin bank köçürmələri ilə uğraşan, Avropa Birliyi ərazisində məxfi investisiyaların yatarılması  ilə məşğul olan  şirkətlərdən bəzilərinin adlarıdır. Malta isə təsadüfən seçilməyib. Azərbaycan və Malta arasında əlaqələr 2013- cü ildə Leyboristlərin lideri kimi seçkiləri qazanan Jozef Muskatın qələbəsindən sonra möhkəmlənməyə başlayıb. Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngindir. Malta hökumətinin başçısı da həmin zaman Azərbaycanın SOCAR şirkətinə İstilik Elektrik Stansiyasının tikilməsini həvalə edir…

(ardı var)

​azadliq.info