Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano 73 yaşında vəfat edib.

Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Onun hansı səbəbdən dünyasını dəyişdiyi barədə informasiya yoxdur.

Qeyd edək ki, bir müddət öncə KİV-də 2009-cu ildən BAEA-ya rəhbərlik edən Amanonun səhhətində problem olduğuna görə onun vəzifəsindən gedəcəyinə dair məlumat yayılmışdı.

Facebook