Belarusda hovuza girən uşaqlar kütləvi zəhərləndilər

Belarusda hovuza girən uşaqlar kütləvi zəhərləndilər

Belarusun Baranoviçi şəhərində uşaqlar xlordan zəhərlənib.

Operativ.tv xarici KİV-ə istinadən xəbər verir ki, 13-14 yaşlı uşaqlar hovuzda üzərkən halları pisləşib. Dərhal 13 uşaq xəstəxanaya yerləşdirilib. Ehtimal edilir ki, suya kimyəvi maddələr deinfeksiya vasitələrindən tökülüb.

İnsidentin səbəbləri araşdırılır. Uşaqların vəziyyətinin sabit olduğu deyilir.

Facebook