Belarus müxalifətinin lideri Makkeyn mükafatına layiq görüldü

Belarus müxalifətinin lideri Makkeyn mükafatına layiq görüldü

Tixanovskaya azad Belarusa dinc şəkildə keçid etməyin mütləq olduğunu qeyd edib.
 
Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Beynəlxalq Respublikaçılar İnstitutunun təltif etdiyi Con Makkeyn mükafatına layiq görülüb. 
 
Bu barədə "TASS" agentliyi məlumat yayıb.
 
Mükafatı alarkən çıxış edən Tixanovskaya bildirib ki, "zorakılığı dayandırmaq və Azad Belarusa dinc yolla keçid etmək" artıq mütləqdir. 
 
Tixanovskaya ilə bərabər mükafata ABŞ-ın Dövlət katibi Maykl Pompeo, Honkonq etiraz hərəkatının nümayəndələri, Uqanda parlamentinin üzvləri və musiqiçi Bobi Bayn layiq görülüblər. Mükafatlandırma mərasimi onlayn formatda baş tutub.

Facebook