EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Belə ittifaq nəyimizə lazımdır? - Lukaşenko seçki günü Rusiya ilə inteqrasiya barədə danışıb

Belə ittifaq nəyimizə lazımdır? - Lukaşenko seçki günü Rusiya ilə inteqrasiya barədə danışıb

Belarusda karbohidrogen tədarükü və ticarət maneələrinin aradan qaldırılması ilə bağlı problemlər həll olunmayana qədər Rusiya ilə inteqrasiya üçün yol xəritələrinin imzalanacağına ümid etməyə dəyməz, Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Bazar günü Belarusda parlament seçkiləri keçirilib və seçki məntəqələrindən birində ölkə prezidenti Aleksandr Lukaşenko da səs verib və sonra jurnalistlərlə Rusiya ilə inteqrasiya perspektivlərindən danışıb.

Lukaşenko qeyd edib ki, Rusiya ilə illik ticarət kəsiri 9 milyard dollara yaxındır və Belarus mallarının Rusiya bazarlarına buraxılmaması bu kəsiri azaltmağa imkan vermir.

"Hansısa ittifaqa girəndə vəziyyətin aydan-aya, ildən-ilə daha yaxşı olacağını düşünürsən. Bəs bizdə nə baş verir? Hər il bizə yeni şərtlər irəli sürülür. Nəticədə iqtisadiyyatda itirə-itirə addımlayırıq", - Lukaşenko qeyd edib.

"Belə bir ittifaq nəyimizə lazımdır? Mən bunu sizə sadə, loru dildə deyirəm!" - Lukaşenko deyib.

Lukashenko Belarusun Rusiyadan heç bir şey istəmədiyini, ancaq sahibkarlıq subyektləri üçün bərabər şəraitin yaradılmasını tələb etdiyini vurğulayıb.

Belarusda və Rusiyada yaradılmış işçi qruplar iki dövlət arasında inteqrasiyanın dərinləşməsinə yönələn yol xəritələri hazırlayır.

Daha əvvəl xəbər verildiyi kimi, Belarus və Rusiya prezidentləri bu il 8 dekabrda - ittifaq dövlətinin yaradılmasının 20 illiyi qeyd olunan gündə inteqrasiya sənədlərini imzalamaq niyyətindədirlər.

"(Belarus - red.) konstitusiyasına və cəmiyyətimizin təməl prinsiplərinə zidd olan heç bir sənədi imzalamayacağam", - Lukaşenko deyib.

Lukaşenko qeyd edib ki, xalq ondan xahiş etsə, növbəti prezidentlik müddətinə namizədliyini irəli sürə bilər.

"Kreslodan yapışıb tutmamışam! " - Belarus prezidenti bildirib.

Facebook