BBC fələstinli jurnalisti 7 il əvvəl yazdığı tvitə görə işdən qovdu

BBC fələstinli jurnalisti 7 il əvvəl yazdığı tvitə görə işdən qovdu

BBC yayım quruluşu Fələstin işləri üzrə mütəxəssisi olan fələstinli jurnalist Tala Halvanı işdən çıxarıb.

 

Deyerler.org xəbər verir ki, Arabi 21-in məlumatına görə, bunun səbəbi müxbirin BBC-də çalışmaqdan üç il əvvəl Halvanın Fələstinə dəstək tviti olub.

 

Bu qərar BBC-nin jurnalistin sosial mediadakı fəaliyyəti ilə bağlı istintaq başlatmasından iki ay sonra verilib və “Honest Reporting” İnstitutu Tala Hallavanın “Hitler haqlıydı” həştəqi ilə tvitini yenidən yayımlayıb.

 

“Honest Reporting” İnstitutu sosial mediada anti-sionist məzmunu izləyən qeyri-hökumət təşkilatıdır. İnstitut Halvanı antisemit adlandırıb.

 

Halva bu tvitini BBC-də işə başlamazdan əvvəl yazmışdı və artıq Tvitter səhifəsində bu tviti yoxdur. Tvit 2014-cü ildə sionist rejimin Qəzzaya qarşı 51 günlük müharibəsində 587 uşaq və 489 qadın da daxil olmaqla 2322 fələstinlinin öldürüldüyü barədə idi.

 

Xəbərdə vurğulanır ki, tvit reportyorun BBC-yə qoşulmasından üç il əvvələ təsadüf edir və bu, böyük mübahisələrə səbəb olub.

 

Halva tvitində ingilis dilində belə yazmışdı: “İsrail (sionist rejim) Hitlerdən daha çox nasistdir. Hitler haqlı idi. İsrail (sionist rejim) ordusu cəhənnəmə getsin. Qəzza üçün dua edin”. 

Facebook