Bayram Məmmədov aclıq aksiyasına başlayır

Bayram Məmmədov aclıq aksiyasına başlayır

Bu barədə jurnalist Xədicə İsmayıl öz "facebook" səhifəsində yazıb: 

"Heykəl məhbusu Bayram Məmmədov saxlanma şəraitinin ağırlığına etiraz olaraq, aclıq aksiyasına başlayır. Bu gün ailəsinə zəng edib, aclıq aksiyası barədə məktubu təqdim edəcəyini və bu gündən aksiyaya başlayacağını bildirib"

Bayram Məmmədov Xədicə İsmayıla bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü gündən yataqxanada ayaqyolunun yanında yerləşdirilib. Müəssisənin rəisi digər yerlər boşalanda onun yerinin dəyişiləcəyini vəd etsə də, bu günə qədər bu vədinə əməl etməyib. Bayram Məmmədovun sözlərinə görə, boşalan yerlər pulla digər məhbuslara satılır, onun yeri isə dəyişdirilmir.

Bayram Məmmədov Qiyas Məmmədovla birlikdə 2015-ci ildə mərhum prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazdıqdan sonra saxlanılıb. Gənclərə daha sonra narkotik ittihamı ilə cinayət işi açılıb. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki gənc 10 il müddətinə azadlıqdan məhrum olunub.

Yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar Bayram Məmmədovu siyasi məhbus olaraq tanıyır.

Rakurs TV