Baş Prokurorluq "Turan"la bağlı məlumat yaydı

Baş Prokurorluq “Turan” informasiya agentliyində yoxlamaların aparılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir: “Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək. “Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir”.