Baş nazirin arvadını güllələdilər

Lesotonın (Afrikanın cənubunda anklav dövlət, dörd tərəfdən Cənubi Afrika Respublikası ilə əhatə olunub – red.) baş nazirinin arvadı güllələnib.

Hadisə yeni seçilmiş baş nazirin inaqurasiyasından bir neçə saat sonra paytaxt Masananın yaxınlığında baş verib.

Məlumata görə, 58 yaşlı Lipolelo Tabane evə qayıdan zaman avtomobildə naməlum şəxs tərəfindən amansızcasına öldürülüb.

Yerli polisinin nümayəndəsi “Reuters”ə bildirib ki, baş nazirin xanımı öz dostunun (başqa məlumatlara görə, rəfiqələrin) müşayiəti ilə evə qayıdırdı. Evin yaxınlığında naməlum şəxs onlara hücum edib və əvvəl bir neçə dəfə siyasətçinin arvadına, daha sonra onu müşayiət edənə atəş açıb.

Lipolelo Tabane aldığı yaralardan hadisə yerində ölüb. Cinayətin motivləri hələlik məlum deyil.