EURO : 1,909 TRY : 0,248 USD : 1,7 RUB : 0,0241
Baş marşal: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır

Baş marşal: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır

Noyabrın 26-da Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piçin deyib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.
 
Aviasiya Baş Marşalı Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.
 
Aviasiya Baş Marşalı ser S.Piç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Facebook