Barselona klubu keçmiş ulduzu üçün hərəkətə keçdi

Barselona klubu keçmiş ulduzu üçün hərəkətə keçdi

"Barselona" Lionel Messi ilə danışıqlara başlayıb.

Kataloniya təmsilçisi 35 yaşlı hücumçunu geri gətirmək istəyir. "Barselona" Messini gələn yay PSJ ilə müqaviləsi başa çatandan sonra azad agent olaraq transfer edəcək.

Baş məşqçi Xavi də keçmiş komanda yoldaşını komandasında görmək arzusundadır.

Qeyd edək ki, 2021-ci ilin yayında PSJ-yə keçən Leo Messi, Paris təmsilçisi ilə iki illik müqavilə bağlayıb.

Facebook