Barmaq tanıma qurğusu Serj Sarqsyanı tanımadı

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan ilk cəhddən növbədənkənar parlament seçkilərində səs verə bilməyib.

Buna səbəb barmaq tanıma qurğusunun S. Sarqsyanı tanımaması olub.

Sabiq prezident şəhadət barmağını qurğunun sensoruna toxundursa da, sistem bu adda seçicini tanımayıb. Ona görə də S. Sarqsyan barmaqlarının hamısını bir-bir qurğuya tanıtdırmağa məcbur olub.

Olke.az