Banqladeşə sığınan 320 min arakanlı uşaq təhlükə altındadır

Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) yaydığı yeni hesabatda Arakanda Myanma ordusu və fanatik buddistlərin müsəlmanlara qarşı zorakılığını bir daha ortaya qoyub. Hesabatda hər gün 1200-1800 arakanlı uşağın sərhədi keçərək, Banqladeşə sığınmaq məcburiyyətində qaldığı və son bir neçə gündə sərhədin Banqladeş tərəfinə 10 minə yaxın arakanlı uşağın ayaq basdığı bildirilib.

UNICEF baş direktoru Entoni Leyk hesabata dair verdiyi açıqlamada "Banqladeşə sığınan bir çox arakanlı uşaq bir uşağın heç vaxt görməməli olduğu vəhşiliyə şahidlik edib və hamısı yaşadıqları çox böyük itkilərdən acılar çəkib", - deyib. UNICEF hesabatına görə, Banqladeşə sığınan 582 min civarında arakanlı müsəlmanın 320 minini uşaqlar təşkil edir.