Banklar 318 nəfəri işdən çıxardıb

Banklar tərəfindən xərclərin optimallaşdırılması strategiyası çərçivəsində filial şəbəkəsinin daralması fonunda noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olmuşdur.

Bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası yayıb.

Oktyabr ayının sonunda bank sektorunda işləyənlərin sayı 16470 nəfər, Noyabr ayının sonunda isə 16629 nəfər təşkil edib.

İlin əvvəlinə nisbətən sektorun işçi heyətinin sayı 1,9% və yaxud 318 nəfər azalıb.