Bank önündə özünü yandıran şəxs xəstəxanada öldü

Bakıda 15 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.

Məlumatı bu gün, iyunun 9-da APA yayıb. 

Mayın 24-də "Bank Respublika"ın "Azneft Meydanı"ndakı filialı önündə özünü yandıran Ramiz Manafov dünyasını dəyişib.

Onun bankda kredit məsələsi ilə bağlı mübahisəsi olub. 

Sonra bankdan çıxaraq, gətirdiyi benzini üzərinə tökərək özünü yandırıb. 

Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşları yanğınsöndürən balonla alovu söndürüblər.

Məsələ ilə bağlı bank açıqlama yaymayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.