“Bandotdel”in tutduğu jurnalist sərbəst buraxıldı

“BakuPost” saytının baş redaktoru Elçin Zahiroğlu sərbəst buraxlıb. Bu barədə sosial şəbəkədə onun dostları məlumat yayıb. Juranlistin özü də feysbuk səhifəsində “artıq çöldəyəm” deyə qısa mesaj paylaşıb.

E.Zahiroğlunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları iyulun 1-də həbs etmişdi. Onun deputat Elmira Axundovanın oğlunun ərizəsi əsasında saxlandığı bildirilirdi. Jurnalistin deputat oğlunu şantaj edərək pul tələb etdiyi və aldığı iddia olunurdu.