EURO : 1,9066 TRY : 0,2519 USD : 1,7 RUB : 0,0248
Bakıya 70 ədəd Avro 6 sərnişin avtobusu gətirilir

Bakıya 70 ədəd Avro 6 sərnişin avtobusu gətirilir

Bakı şəhərinə 70 ədəd "Avro 6" emissiyalı müasir avtobuslar gətiriləcək.

Bu barədə Trend-ə “Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki. şirkət bu barədə tədbirlərini davam etdirir: ""Xaliq Faiqoğlu" MMC beynəlxalq maliyyə institutu olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" ilə əməkdaşlığa başlayıb və iyul ayının 12-də bununla bağlı əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində şirkət Bakı şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcək".

Şirkətdən qeyd ediblər ki, sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanıb və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaq.

Facebook