Bakının “Uhan”ı haradır? (FOTOLAR)

Bakının “Uhan”ı haradır? (FOTOLAR)

Bakıda karantin rejimi ilə əlaqədar qurulmuş polis postlarında yoxlamalar davam edir. HİT.Az-ın müxbirinin verdiyi məlumata görə, xüsusi yoxlanış olan postlardan biri də Bakıxanov qəsəbəsində yerləşir. 

Qəsəbəyə giriş və çıxış məhdudlaşdırılıb. Hər gün “Razin stansiyası”kimi tanınan ərazidəki dairədə tıxaclar yaşanır. Hətta şəhərin başqa ərazilərində bu cür sıxlıq, basabas yaranmır. 
Eyni zamanda sözügedən dairədən qəsəbənin içərisinə doğru gedən yollardan biri betonlarla tamamilə bağlanıb. 

Ona görə də nə Dərnəgül yolunda, nə şəhərin mərkəzi küçələrində qurulan postlarda bu cür mənzərə müşahidə edilmir. Sürücülər yarızarafat ironiya ilə deyirlər ki, sanki Bakıxanov Uhan bölgəsidir və koronavirus ən çox bu ərazidə yayılıb...

 

Facebook