"BakıKart"da dəyişiklik

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev yeni kartların fotosunu yayıb. Yeni kartlarda əvvəlkilərdən fərqli olaraq "BakuBus" yazısı "BNA" (Bakı Nəqliyyat Agentliyi) ilə əvəzlənib.

BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yeni kartlarla yanaşı, köhnələr də istifadədə olacaq. Hələki köhnə kartların yeniləri ilə əvəzlənməsi isə nəzərdə tutulmur.

Qeyd edək ki, "BakıKart" 2015-ci ildən istifadəyə verilib. Kartın girov qiyməti 2 manatdır və aldıqda bu, avtomatik olaraq balansa yüklənir.

"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.