Bakıdakı yanğında qadın balkondan yıxılıb öldü - Foto

Bakıdakı yanğında qadın balkondan yıxılıb öldü - Foto

Bakıda yaşayış binasında baş verən yanğın zamanı bir nəfər vəfat edib.

 

Rakurs.tv xəbər verir ki, aprelin 5-də Xətai rayonu, S. Vəzirov küçəsi 17 ünvanında yerləşən binada qısa qapanmadan yanğın başlayıb. 

 

Nəticədə 11 saylı mənzilin 20 faizi yanıb, həmin evdə yaşayan 1955-ci il təvəllüdlü Leyla Manafova sürüşərək balkondan yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən vəfat edib. 

 

Onunla eyni ünvanda yaşayan əri, 1953-cü il təvəllüdlü Nazim Manafov isə xilasedicilər tərəfindən mənzildən çıxarılıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır.

Facebook