Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı zəhərlənərək, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən şəxslər evə buraxılıb. 

Bununla bağlı Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

 

15:15

 

Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında elektrik kabellərində yaranmış tüstülənmənin qarşısı alınıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, hadisə zamanı 60 nəfər təxliyyə edilib.

 

15:05

Yanğında tüstüdən zəhərlənən dörd nəfər orta-ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun Oxu.Az-a verdiyi məlumata görə, pasiyentlərin vəziyyəti stabildir:

“Beş uşağa və altı böyüyə yerində yardım göstərilib. Bir nəfər üç aylıq körpə, 26 və 53 yaşlı qadınlar və 43 yaşlı kişi Toksikologiya şöbəsinə gətirilib. Vəziyyətləri orta ağırdır”.

14:43

Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 10 nəfərə tibbi yardım göstərilib. 

 

Bununla bağlı Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib. 

“Onlardan dördü uşaqdır. Onlar tüstüdən zəhərlənib və yerində tibbi yardım göstərilib”, - deyə məlumatda bildirilib. 

Qeyd edilib ki, hadisə yerinə beş təcili yardım briqadası göndərilib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, binada elektrik kabellərində tüstülənmə var.

 

13:55

Bakıda yaşayış binası yanır. 

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yerləşdirilib. 

Bildirilib ki, yanğın “Qoşa Park” yaşayış kompleksində qeydə alınıb.

 

 
 
 
 
 
 
 
 
 

 

 

Facebook