Bakıda yaşayış binası yanır - Video

Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
 
BakuPost-a istinadən xəbər verilir ki, 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır.
 
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
 
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb. Yanğından xəsarət alanların olduğu bildirilir.