Bakıda yaşayış binası sökülür - FOTO

Bakıda yaşayış binası sökülür - FOTO

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

Bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Qeyd edək ki, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə beş, növbəti mərhələdə isə altı binanın söküləcəyi gözlənilir.

 

 
 
 
 
 
 
 

Facebook