Bakıda velosiped yolları çəkilir

Bakı küçələrində velosiped sürənlər üçün ayrıca yolların çəkilməsinə başlanıb.
 
Bu barədə "Report” məlumat yayıb. 
 
Xəbərə görə, velosiped yollarını paytaxtın bütün mərkəzi küçələrində çəkmək nəzərdə tutulur. Bu işə paytaxtın Puşkin bağının yanındakı küçədən start verilib. Burada velosiped yolu küçənin hər iki istiqamətində çəkilir. Yolun bir istiqamətdə eni 1 metr 50 santimetdir.
 
Yolda gözdən əlillərin rahat hərəkət edə bilməsi də nəzərə alınıb, ona görə yolun çəkilişində sarı keramikadan və qranitdən istifadə edilib.
 
Yol nişanlarının qoyulması da planlaşdırılır.