Bakıda tozun miqdarı azalmağa başladı

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, bu gün saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.

Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxması nəticəsiində yaranıb.