EURO : 1,8828 TRY : 0,2982 USD : 1,7 RUB : 0,0266
Bakıda tarixi binanın sökülmə təhlükəsi var - Fotolar

Bakıda tarixi binanın sökülmə təhlükəsi var - Fotolar

Bakı şəhəri, Süleyman Rüstəm 10 ünvanında yerləşən tarixi binanın sökülmək təhlükəsi var.
 
Təşəbbüskarların sözlərinə görə, dünən binanın əsl sahibi məkana baş çəkib və binanı tərk etmələrini tapşırıb. O bildirib ki, binanın sökülməsi üçün sənədləri var.
 
Qeyd edilib ki, bina rekonstruksiya işləri üçün bağlanacaq.
 
Amma məkanın dağıdılmaması üçün kinoteatr üzvləri və ictimai fəallar binadan çıxmaq istəmir.
 
Qeyd edək ki, bina 1913-cü ildə, əslən malakanlardan olan Skobelyevin təşəbbüsü ilə malakan dua evi kimi inşa edilib.
 
Rakurs.tv

Facebook