EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Bakıda sürücü sükan arxasında infarkt keçirərək öldü

Bakıda sürücü sükan arxasında infarkt keçirərək öldü

Bakının Xətai rayonunda sürücü sükan arxasında qəfildən ölüb.

 

Rakurs.tv-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

 

1973-cü il təvəllüdlü Tariyel Əliyev "Mercedes" markalı avtomaşınla hərəkətdə olan zaman qəfildən sükan arxasında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. Həkimlərin ilkin müayinəsi zamanı T.Əliyevin ürəktutmasından keçindiyi dəqiqləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook