EURO : 1,8528 TRY : 0,2616 USD : 1,7 RUB : 0,0208
Bakıda süpürgəçi qadını vurub öldürən sürücünün məhkəməsi başlayıb

Bakıda süpürgəçi qadını vurub öldürən sürücünün məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda süpürgəçi qadını vurub öldürən “KamAZ” markalı avtomobilin sürücüsü Zaur Musayevin cinayət işi üzrə məhkəmə iclası baçlayıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə “KamAZ” markalı avtomobil yolu keçən paytaxt sakini, süpürgəçi Cəmilə Salahovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Musayev saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra məhkəmə sürücü barəsəsində polisin nəzarəti qətimkan tədbiri seçib və o, sərbəst buraxılıb.

Xatırladaq ki, hadisədən sonra ölən C.Salahovanın fotosu sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olmuşdu.

Facebook