Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - VİDEO

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

 

Rakurs.tv-nin "Report"a istinadən məlumatına görə, hadisə Qaradağ rayonunda, kənar dairəvi yolda qeydə alınıb. 

 

Belə ki, Bakıdan Astaraya qeyri-müntəzəm marşrut xətti üzrə hərəkət edən “Temsa” markalı sərnişin avtobusu təkərində baş verən nasazlığa görə yoldakı dəmir arakəsmələrə çırpılıb. Nəticədə Lökbatan dairəsi istiqamətində böyük tıxac yaranıb.

 

Faktla bağlı araşdırma aparılır.