Bakıda "Son Söz" kitabının təqdimatı oldu - Foto

Mayın 23-də Müsavat Partiyasının qərargahında D18 Hərəkatının rəhbəri Ruslan İzzətlinin tərtib etdiyi “Son söz” kitabının təqdimatı olub.

Rakurs.tv xəbər verir ki, təqdimat mərasimində siyasi məhbus kimi tanınan şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak edib.

Qeyd edək ki, kitab son on ildə 62 nəfər (onlardan 20 nəfəri həbsdə və həbsdən sonra vəfat edib) həbsdə olmuş siyasi məhbus kimi tanınan şəxslərin məhkəmələrdə son sözlərini və onlar haqqında qısa məlumatları əhatə edir.