Bakıda səfərdə olan türkiyəli deputatın vəziyyəti pisləşdi

Bakıda təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputatın vəziyyəti pisləşib.

Paneldə çıxış edən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunun səhhətində problem yaranıb.

O, çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.

E. İhsanoğlu iclas zalından çıxarılıb, ona yardım edilib.

azadliq.info