Bakıda Ramazan bayramı qeyd edilir - Foto

İyunun 26-sı və 27-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasında bildirilirdi ki, Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə mayın 27-nə təsadüf edib.

Ayın göründüyü andan etibarən Ramazan ayı başlayıb.

Lakin bir sıra müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı dünən iyunun 25-i qeyd edilib.

İslamda müqəddəs sayılan Ramazan ayı miladi təqvimi ilə mayın 27-də başlayıb. Bu ayda mömin insanlar oruc tutur.

Qazilər Şurasının fətvasına görə, imkanı olan müsəlmanlar bayram namazına qədər fitrə-zəkat verməlidirlər. Müasir dəyərlə bu, hər bir ailə üzvündən ötrü 5-10 manat təşkil edir. Bu gün, iyunun 26-sı bayram namazları Bakının bir sıra məscidlərində bayram namazı qılınıb.
 

Foto: Facebook 

 Foto: Ömər Məmmədov

Foto: Facebook

Foto: Facebook