Bakıda "Neptun" supermarketdə güclü YANĞIN - Foto

Bakıda "Neptun” supermarketlərindən birində güclü yanğın baş verib.
APA- ya istinadən verilən xəbərə görə, yanğın "28 May” metrostansiyasının yaxınlığında, paytaxtın Şəmsi Bədəlbəyli küç. 102 ünvanında yerləşən mağazada baş verib. Oyuncaqlar satılan şöbədə başlayan yanğın nəticəsində supermarketin yanar konstruksiyaları 25-30 kv. m sahədə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüblər.
Hadisəyə səbəb kimi qısaqapanma göstərilir.