Bakıda naməlum şəxs avtobusda silah çəkdi - Video

İki gün öncə baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxıb. Belə ki, “potensial sərnişin” avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyib. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının “ən yaxşı ənənələr”inə uyğun olaraq tapança çıxarmaqla cavab verib.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmayıb və bu qorxmazlığı ilə əslində daşıdığı insanları xilas edib.

Ümid edək ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər.

haqqin.az