EURO : 1,8744 TRY : 0,2954 USD : 1,7 RUB : 0,0266
Bakıda MDB ölkələrinin hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib

Bakıda MDB ölkələrinin hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib

Oktyabrın 30-da Bakıda keçirilən MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edilib.
 
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Konsepsiya hərbi sahədə yeni üst səviyyəyə çatmaq məqsədi daşıyır, təhlükəsizliyin təmin edilməsi, müasir çağırış və təhdidlərə qarşı mübarizə sahəsində MDB dövlətlərinin milli maraqlarını, birgə prioritetlərini əks etdirir.
 
İclas zamanı həmçinin MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri təsdiqlənib, "Beynəlxalq Ordu Oyunları-2019"un yekunları müzakirə edilib, 2-ci Dünya müharibəsində qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirilib.
 
İclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak ediblər.
 

Facebook