EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Bakıda maşın iki piyadanı vurub, ölən var

Bakıda maşın iki piyadanı vurub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətdən verilən məlumata görə, gecə saat 01 radələrində paytaxtın Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini E.Cəbiyevin idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 2 nəfəri vurub və onlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 

 

Piyadalardan Əlyar Süleymanov xəstəxanada ölüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

Facebook