Bakıda küləyin sürəti 35 m/s-yə çatacaq

Bakıda küləyin sürəti 35 m/s-yə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcək.

 

Gündüz yarımadanın bəzi yerlərində küləyin arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq.

Facebook