Bakıda körpə Zəhraya görə yürüş keçirilib - Foto

Bu gün Milliyyətçi Gənclər Təşkilatının təşəbbüsü ilə Şəhidlər Xiyabanına yürüş edilib.

Yenicag.az-a istinadən xəbər verilir ki, yürüş Ermənistan ordusu tərəfindən Füzulinin Alxanlı kəndində 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub.

Aksiya zamanı bir sıra vətənpərvər şüarlar səsləndirilib, Ermənistanın terrorçu siyasəti pislənilib.