Bakıda kişiyə hücum edib telefonunu oğurlayan şəxs ələ keçdi

Bakıda kişiyə hücum edib telefonunu oğurlayan şəxs ələ keçdi

Bakıda kişiyə hücum edərək, telefonunu oğurlayan şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə mayın 2-də, Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsi şəhər şosesində yerləşən keçiddə baş verib. 

Naməlum şəxs sözügedən ünvanda M.Həsənbəyovun başından zərbə endirməklə, mobil telefonunu oğurlayıb. 

 

Hadisə ilə bağlı Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə daxil olan məlumat əsasında  əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

Axtarışlar zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü B.Məmmədov ötən gün müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Facebook