Bakıda hüquqşünas döyülüb

Bakıda hüquqşünas döyülüb

Bakıda döyülmə hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsi 77 ünvanda yerləşən “Ləziz” kafesində qeydə alınıb. Hacıyev Səbuhi Səxavət oğlu kafedə tanıdığı şəxslə mühabisə edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Azər adlı şəxs S. Hacıyevin sifət nahiyyəsinə yumruqla vuraraq onun dişini sındırıb.

 

Faktla bağlı Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, S. Hacıyev hüquqşünasdır. 

Facebook