EURO : 1,8725 TRY : 0,2943 USD : 1,7 RUB : 0,0265
Bakıda `HR Summit Baku 2019` keçiriləcək

Bakıda `HR Summit Baku 2019` keçiriləcək

“HR BAKU” MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə noyabrın 15-də “HR Summit Baku 2019” beynəlxalq tədbiri baş tutacaq.

 

AİRA-dan bildirilib ki, 700 nəfərin iştirak edəcəyi HR sammitdə beynəlxalq və yerli qurumların peşəkar mütəxəssisləri insan resurslarının idarəçiliyi üzrə ən yaxşı təcrübəni paylaşacaqlar. Sammit zamanı məruzəçilər tərəfindən işçi sayının optimallaşdırılması, korporativ nüfuz, dəyişikliklərin idarə olunmasında və işçi məmnunluğunda HR-ın rolu, eləcə də digər aktual mövzular ətrafında geniş təqdimatlar edəcəklər.

Facebook