Bakıda həbsxanada 5 məhkum ölüb - AÇIQLAMA

Bakıda həbsxanada 5 məhkum ölüb - AÇIQLAMA

Bakıda 5 məhbus həbsdə ölüb.
Hadisə son günlər Pentensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb. 
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər.
Onların xəstəlikdən öldüyü bildirilir.
 
Penitensiar Xidmətdən bildirilib ki, dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər.
Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb.

Facebook