Bakıda Elektrik Stansiyası yanır

Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilir ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.