Bakıda doğuş zamanı əkiz uşaqlar ölüb

Bakıda körpə ölümü baş verib.

 

Hadisə Baku Medical Plazada qeydə alınıb. 1990-cı il təvəllüdlü Ülkər Rasim qızı Əhmədova əkiz uşaqlar dünyaya gətirib. Uşaqların hər ikisi doğuş zamanı ölüb.

 

Baku Medical Plazadan ONA-ya bildirilib ki, körpələr ölü vəziyyətdə doğulub.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ONA)