EURO : 1,8358 TRY : 0,2794 USD : 1,7 RUB : 0,0267
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə ediliblər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyyə ediliblər

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

Rakurs.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva  açıqlamasında məlumatı təsdiqləyib.

 

O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi - 42 ünvanında qeydə alınıb.

 

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib.

 

Faktla bağlı araşıdrma aparılır.

Facebook