EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Bakıda “Cəfər Cabbarlı həftəsi” başlayır

Bakıda “Cəfər Cabbarlı həftəsi” başlayır

Region teatrlarının tamaşaları da Bakıda nümayiş olunacaq

Bakıda “Cəfər Cabbarlı həftəsi” keçiriləcək. Bu münasibətlə dramaturqun Akademik Milli Dram Teatrında “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” pyeslərinə hazırlanmış tamaşalar paytaxtda nümayiş olunacaq.

Bu il Azərbaycan ədəbiyyatının nümayəndəsi, şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi qeyd olunur.

23-30 noyabr tarixlərində nümayiş olunacaq tamaşaların siyahısını təqdim edirik:

23 noyabr

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı

C.Cabbarlı “Aydın”

25 noyabr

Gəncə Dövlət Dram Teatrı

C.Cabbarlı “Dönüş”

26 noyabr

Sumqayıt Dövlət Dram Teatrı

C.Cabbarlı “Solğun çiçəklər”

(Akademik Musiqili Teatrında nümayiş olunacaq)

27 noyabr

Lənkəran Dövlət Dram Teatrı

C.Cabbarlı “Vəfalı Səriyyə yaxud göz yaşı içində gülüş”

(Akademik Rus Dram Teatrında nümayiş olunacaq)

28 noyabr

Şəki Dövlət Dram Teatrı

C.Cabbarlı “Sevil”

(Akademik Rus Dram Teatrında nümayiş olunacaq)

29 noyabr

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

C.Cabbarlı “Oqtay Eloğlu”

(Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq)

30 noyabr

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

C.Cabbarlı “Yaşar”

(Akademik Milli Dram Teatrında nümayiş olunacaq)

Bütün tamaşalar 19:00-da başlayacaq.

Facebook