Bakıda bir ailənin altı üzvü zəhərləndi

Bakıda bir ailənin altı üzvü zəhərləndi

Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.

Hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib. 

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

“Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.

Facebook